Ru
17:41 / 12 Yanvar 2026

Yasmin Levi Azərbaycana gəlir

Yasmin Levi Azərbaycana gəlir
Eye

Məşhur israilli müğənni Yasmin Levi Azərbaycana gələcək.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Yasmin Levi martin 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

O, ispan dilində öz bəstələrini ifa etməsi ilə tanınır.

Müğənni yaradıcılığında Əndəlus flamenkosunun üslubunu etnik və müasir musiqi alətlərinin müşayiəti ilə birləşdirərək unikallığı ilə seçilir.

Yasmin Levinin 2005-ci ildə işıq üzü görən ilk albomu "Romance & Yasmin" BBC tərəfindən “Ən yaxşı debüt” nominasiyasında mükafatlandırılıb.

Yasmin Levinin həm müğənni, həm də bəstəkar kimi yaradıcılığı orta əsr səfarad musiqisi, flamenko ritmləri və türk folklorunun harmonik sintezidir.

Onun səsi dinləyiciyə həqiqi musiqi həyəcanı yaşadan nadir ifalardandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar