Ru
16:32 / 12 Yanvar 2026

Fələstinli şair İranı tənqid etdi

Fələstinli şair İranı tənqid etdi
Eye

Fələstinli yazıçı, şair və jurnalist Rəşa Hilvi İran rejimini sərt tənqid edib.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbərinə görə, Şairə deyib ki, öz xalqını öldürən və qadınlara qarşı zorakılıq edən bir hakimiyyət Fələstin xalqına azadlıq gətirə bilməz.

Hilvi deyib ki, uşaq yaşlarından ona İranın Fələstin məsələsini dəstəklədiyi və fələstinlilərin azadlığı uğrunda çalışdığı aşılanıb. Ancaq onun sözlərinə görə, bu gün artıq İranda rejimi dəstəkləyən qrupların səsləndirdiyi şüarlara heç bir inancı qalmayıb.

Fələstinli şair vurğulayıb ki, hazırda İslam Respublikasının deyil, İran xalqının yanındadır. Onun fikrincə, Fələstin xalqı da İslam Respublikası ilə deyil, ləyaqət, azadlıq və ədalət uğrunda mübarizə aparan cəsur İran xalqı ilə həmrəydir. Hilvi qeyd edib ki, fələstinlilərin özləri üçün tələb etdikləri hüquqlar iranlıların istədikləri ilə eynidir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar