Ru
16:35 / 12 Yanvar 2026

Şəkidə 26 yaşlı gənc 66 yaşlı kişini öldürdü

Şəkidə 26 yaşlı gənc 66 yaşlı kişini öldürdü
Eye

Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən ölüb, saxlanılan var.


Bakupost.az APA-ya istinadən məlumat verir ki, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən düşüb. Həmin şəxs yolda yıxılaraq yenidən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev aldığı xəsarətlərdən bu gün xəstəxanada ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar