Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyənləşib.
Elm və Təhsil Nazirliyindən
Bakupost.az-a verilən məlumata görə, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4 121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.
Qeyd olunub ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.
İxtisas kasadlığına uyğun dünyəvi üstün-yüksək (məşhur-prioritet) təhsil universitetləri və 33 ölkənin sadalanmaması mütərəqqi-dünyəvi ilgi-təhsil sorağından çox adi-elementar qarşılıqlı, ya nəzarətdən uzaq hansısa xarici-beynəlxalq biznes əlaqəsini xatırlatmırmı? Dövlət Proqramı əvvəla, ölkəmizə və birbaşa gələcək hansı iş-təyinatı yerinə hansı bilgi səviyyəli-ixtisaslı mütəxəssislərin tələbat siyahısını (elə Yüksəliş müsabiqəsinə tələbat kimi) açıqlamalı deyilmi? Ardınca, dünya ölkələrinin uyğun ixtisaslı (elm) təhsil namizəd universitetlərə seçim siyahısı tövsiyə edilməli? Sonda, məsləhətli digər universitetlərin ünvanları, qəbul, yaşam, təhsil və ödəniş qaydaları təqdim edilə bilər? Hazırda təqribən neçə yüksək ixtisaslı saydığınız gənc mütəxəsslərimiz çalışır və hansı səbəblərdən xarici ölkələrdə?