Rusiya hərbçiləri yanvarın 9-na keçən gecə "Oreşnik" kompleksinin tətbiqi ilə həyata keçirilən kütləvi zərbə nəticəsində Ukraynada Lvov dövlət aviasiya-təmir zavodunu sıradan çıxardığını bildiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu müəssisədə Ukrayna Silahlı Qüvvələrinin aviasiya texnikasının, o cümlədən Qərb ölkələri tərəfindən verilmiş F-16 və MiQ-29 təyyarələrinin təmiri və texniki xidməti həyata keçirilirdi. Həmçinin, müəssisədə Rusiya ərazisinin dərinliklərindəki mülki obyektlərə zərbələr üçün istifadə olunan uzun və orta mənzilli zərbə PUA-ları istehsal edilirdi", - hərbi idarədən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Oreşnik" zərbəsi nəticəsində istehsal sexləri, hazır məhsulların (PUA-ların) saxlandığı anbarlar, həmçinin, zavod aerodromunun infrastrukturu zədələnib.