Ru
13:47 / 12 Yanvar 2026

Zorakılığa məruz qalan yeniyetmə ilə bağlı rəsmi açıqlama

Zorakılığa məruz qalan yeniyetmə ilə bağlı rəsmi açıqlama
Eye

Baş vermiş hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb.

Bakupost.az APA-ya istinadən bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanın ailəsi eləcədə, yeniyetmənin vəziyyəti qiymətləndirilib.

Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən gün Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar