Ru
12:58 / 12 Yanvar 2026

Rejim interneti kəsdi – Tramp bərpa mesajı verdi

Rejim interneti kəsdi – Tramp bərpa mesajı verdi
Eye

Bu gün ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin ölkə üzrə interneti kəsməsi fonunda etirazçıların 70 saatdan artıqdır internetə çıxışının olmaması ilə bağlı sualı cavablandırıb.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən “ABŞ İran xalqına internet təmin edə bilərmi?” sualına məsələni Elon Maskla müzakirə edəcək deyib.

“Bununla bağlı, Elon Maskla birlikdə qərar verəcəyik. Siz onun bu sahədə bacarıqlı olduğunu və uğurlu şirkətə sahib olduğunu bilirsiniz. Əgər mümkün olarsa, interneti bərpa edə bilərik”, – deyə, Tramp vurğulayıb.

Açıqlama İran hakimiyyətinin ölkə daxilində genişmiqyaslı etirazlarla bağlı internetə kütləvi məhdudiyyətlər tətbiq etməsindən sonra səsləndirilib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar