İran Xarici İşlər naziri Abbas Araqçı ABŞ Prezidenti Donald Trampın ölkəyə mümkün hərbi müdaxilə təhdidinə cavab verib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Araqçı açıqlamasında “etirazlar Trampın müdaxiləsinə bəhanə yaratmaq məqsədilə şiddət və qanlı hadisələrə çevrildi. Biz həm savaşa, həm də dialoqa hazırıq”, – deyib.
XİN başçısı bildirib ki, Trampın təhdidi, etirazları və təhlükəsizlik qüvvələrini hədəf alan qrupların xarici müdaxiləyə dəvət motivindən qaynaqlanır. O əlavə edib ki, İran daxilində vəziyyət nəzarət altındadır və ölkə həm diplomatiya, həm də hərbi hazırlıq baxımından mövqeyini qoruyur.
Xarici işlər naziri həmçinin bildirib ki, yaxın zamanlarda ölkədə internet xidmətləri yenidən bərpa olunacaq və bu proses təhlükəsizlik qüvvələri ilə koordinasiya çərçivəsində həyata keçirilir. Araqçı daha əvvəl də Tehranın İsrail və ABŞ ilə müharibə istəmədiyini, lakin hücuma məruz qalacağı təqdirdə cavab verməyə hazır olduğunu açıqlamışdı.
Cavid, BakuPost