Türkiyədə də Mustafa Kamal Atatürkə və Cümhuriyyətə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı barəsində 500-dən çox şikayət olan Fateh Tezcan haqqında axtarış qərarı çıxarılıb. Lakin onun xaricə qaçdığı məlum olub.
"Bakupost" xəbər verir ki, bu barədə “Halktv.com”a istinadən xəbər verir ki, Tezcan 2022-ci ilin avqustunda “Atatürkü təhqir etmək” ittihamı ilə həbs edilmiş və təxminən bir il həbsdə qalmışdı.
Polis tərəfindən axtarılan Tezcan göstərilən ünvanda tapılmayıb. POLNET sistemində qeydiyyatda olan nömrəsinə zəng edən polis əməkdaşına Tezcan xaricdə olduğunu və ünvanını paylaşmayacağını bildirib.
Fateh Tezcan “Atatürkü təhqir etmək” cinayəti üzrə aldığı 2 il 2 aylıq qəti həbs cəzasına görə 2022-ci ilin avqustunda həbs edilmişdi. Təxminən bir il həbsdə qaldıqdan sonra, 2023-cü ilin avqustunda nəzarət altında azadlığa buraxılmışdı.
Qeyd edək ki, Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı 7 Türkiyə vətəndaşı bu gün Baş Prokurorluq tərəfindən axtarışa verilib. Bunlar içərisində Fateh Tezcanın da adı yer alıb.