Ru
13:03 / 12 Yanvar 2026

Avtobusda soyğunçuluq edən 3 nəfər həbs olundu – VİDEO

Avtobusda soyğunçuluq edən 3 nəfər həbs olundu – VİDEO
Eye

Avtobusda soyğunçuluğa görə 3 nəfər saxlanılıb.

Bakupost.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq həbs olunub.

Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar