Ru
14:36 / 12 Yanvar 2026

Metroda gedişhaqqı dəyişəcək? – RƏSMİ

 Metroda gedişhaqqı dəyişəcək? – RƏSMİ
Eye

Bu məsələ hələlik uzaq perspektivdədir. Hazırda yalnız təhlillər aparılır və yaxın gələcəkdə konkret qərarın verilməsi nəzərdə tutulmur. Dünya təcrübəsi öyrənilir və mövcud yanaşmalar araşdırılır.

Bakupost.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metroda gedişhaqqının məsafəyə görə tətbiqi haqda danışarkən deyib.

“Diferensial ödəniş mexanizmlərinin hər birinin özünəməxsus texniki şərtləri və tələbləri mövcuddur. Hansı mexanizmə üstünlük veriləcəyi ilə bağlı danışmaq üçün hələ tezdir”, – o bildirib.

Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparıldığını və bunun yaxın gələcəkdə tətbiqinin mümkünlüyünü açıqlamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar