Ru
14:48 / 12 Yanvar 2026

Bakıda iki narkokuryer saxlanıldı – VİDEO

Bakıda iki narkokuryer saxlanıldı – VİDEO
Eye

Bakıda iki narkokuryer 5 kq marixuana və 708 ədəd həblə həbs olunub.

Bakupost.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışına qarşı keçirilən əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.

Onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar