Ru
12:14 / 12 Yanvar 2026

“Cəllad” ləqəbli SEPAH zabiti öldürüldü

“Cəllad” ləqəbli SEPAH zabiti öldürüldü
Eye

İranda daha bir SEPAH zabiti, sosial mediada və etirazçı dairələrində “cəllad” ləqəbi ilə tanınan Məhdi Rəhimi etirazçılar tərəfindən güllələnərək qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, hadisə Məlikşahi şəhərində baş verib. Rəhimi yanvarın 3-dəki aksiyalarda SEPAH qüvvələrinə etirazçılara atəş açmaq əmri verməkdə ittiham olunurdu. Yerli mənbələr və şahidlərin bildirdiyinə görə, bu əmrin nəticəsində azı 9 nəfər həyatını itirib.

Hadisədən sağ çıxan bəzi nümayişçilərin sonradan Rəhiminin yaşayış ünvanını müəyyənləşdirdiyi və ona qarşı “ev ziyarəti” adlandırılan qisas hücumu təşkil etdiyi bildirilir. SEPAH zabit hadisə yerində ölüb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar