Ru
11:21 / 12 Yanvar 2026

İranda 1000-dən çox etirazçı həlak olub – İsrail agentliyi

İranda 1000-dən çox etirazçı həlak olub – İsrail agentliyi
Eye

İranda davam edən etiraz aksiyaları zamanı 1000-dən çox etirazçı öldürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin müdafiə qurumlarındakı rəsmi mənbələr “Axios”a bildiriblər.

Məlumata görə, bu rəqəm İran daxilində məlumat axınının məhdudlaşdırılması, internetin tez-tez kəsilməsi və rəsmi qurumların itkilərlə bağlı məlumatları açıqlamaması səbəbilə yalnız kəşfiyyat və dolayı mənbələr əsasında formalaşdırılıb. İsrail rəsmiləri ölənlərin sayının müxalifət qruplarının və insan haqları təşkilatlarının açıqladığı rəqəmlərdən də yüksək ola biləcəyini istisna etmirlər.

İran müxalifətinə yaxın olan İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) və “Reuters”in istinad etdiyi məlumatlara görə, etirazlar zamanı ən azı 530-dən çox insanın öldüyü təsdiqlənib. Bu rəqəmin təxminən 490-nın etirazçı, 48-nin isə təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu bildirilir. Digər müxalif media qurumları isə ölənlərin sayının 2.000 nəfəri keçdiyini iddia edir.

“Axios” yazır ki, ABŞ və İsrail rəsmiləri İranda baş verən hadisələrin miqyasının rəsmi statistikadan xeyli böyük olduğunu düşünür və mövcud vəziyyəti ölkənin siyasi gələcəyi üçün ciddi risk kimi qiymətləndirirlər. Etirazların artması fonunda Vaşinqtonun və Tel-Əvivin İrana qarşı mümkün siyasi və diplomatik addımları da müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatları İranda sərt senzura və təhlükəsizlik tədbirləri səbəbilə itkilərin dəqiq sayının müstəqil şəkildə təsdiqlənməsinin çətin olduğunu bildirirlər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar