Rusiyada noyabr ayı nəzərəçarpacaq soyuma və şaxta ilə başlayacaq.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Meteo” proqnoz mərkəzinin mütəxəssisi Aleksandr İlyin danışıb.
O bildirib ki, oktyabrın sonuna qədər hava şəraitində ciddi dəyişiklik gözlənilmir, yağıntı olmayacaq:
“Qarşıdakı gecə havanın temperaturu +4…+6 dərəcə, sabah gündüz isə +12 dərəcəyədək olacaq. Dəyişkən buludlu hava müşahidə ediləcək, küləyin sürəti saniyədə 4–9 metr təşkil edəcək.
Oktyabrın 31-i, şənbə günü gecə temperatur +3…+5 dərəcə, gündüz isə maksimum +8…+10 dərəcə olacaq. Küləyin sürəti dəyişməsə də, istiqaməti şərqə dönəcək”.
Sinoptik noyabrın 1-də havanın xeyli soyuyacağını bildirib:
“Gecə temperatur 0…+5 dərəcə arasında dəyişəcək, bəzi yerlərdə şaxta müşahidə oluna bilər. Bazar günü gündüz havanın +5…+10 dərəcə olacağı, şimal küləyinin sürətinin isə saniyədə 8 metrə çatacağı proqnozlaşdırılır. Yağıntı gözlənilmir. Atmosfer təzyiqi cüzi azalmadan sonra yüksələrək 755 mm civə sütununa çatacaq”.
Qeyd edək ki, Türkiyə və Gürcüstanda da noyabr ayının soyuq keçəcəyi proqnozlaşdırılır. Belə ki, Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, noyabrın 9–15-də ölkə üzrə havanın temperaturunun mövsüm normasından 1–3 dərəcə aşağı olacaq. Bəzi bölgələrdə yağıntının normadan çox olacağı proqnozlaşdırılır. Gürcüstanın da bəzi dağlıq ərazilərində hava temperaturunun aşağı düşməsi və qar ehtimalı var.