Ru
13:19 / 29 Oktyabr 2026

Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar

Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
Eye

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Bakupost" xəbər verir ki, Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən şikayət qismən təmin edilib, onun cəzası 2 il 6 aydan 2 ilə endirilib.

Xatırladaq ki, Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar