Müşfiqabad sakinləri qəsəbəyə gedib-gələn avtobusların bərbad vəziyyətindən şikayətçidirlər.
"Bakupost" xəbər verir ki, qəsəbədən Sumqayıta gedən avtobuslarının birinin salonunda çəkilən xoşagəlməz görüntülər sərnişinlərin üzləşdiyi problemləri bir daha gündəmə gətirib.
Kadrlarda oturacaqların cırılmış üzlükləri, zədələnmiş döşəmə və avtobus salonunun natəmiz vəziyyəti əks olunub.
Sakinlər bildirirlər ki, gediş haqqı 70 qəpiyə qədər qaldırılsa da, avtobusların vəziyyətində yaxşılaşma yoxdur. Sərnişinlər hələ də köhnə, baxımsız və çirkli avtobuslardan istifadə etməli olurlar.
Qeyd edək ki, Müşfiqabad sakinlərinin 114A, 114B və 555 nömrəli marşrut avtobusları ilə bağlı şikayətləri daha əvvəl də mediada dəfələrlə işıqlandırılıb.
Lalə Novruz, BakuPost