Ru
12:51 / 29 Oktyabr 2026

Bakıda 2 yaşlı uşaq yıxılaraq öldü - TƏFƏRRÜAT

Bakıda 2 yaşlı uşaq yıxılaraq öldü  - TƏFƏRRÜAT
Eye

Oktyabrın 28-də Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq yıxılaraq ölüb.

"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində qeydə alınıb.

Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən azyaşlını müvəqqəti olaraq qonşusuna tapşırıb.

Qadın geri qayıdarkən övladının pilləkəndən yıxılaraq öldüyünü görüb. Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.

Hadisə zamanı azyaşlının atası işdə olub.

Uşağın hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.

Bakının Sabunçu rayonunda yıxılaraq ölən 2 yaşlı uşaqla bağlı bəzi təfərrüatlar məlum olub.

Azyaşlının əmisi Teymur Əliyev bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış.

"9 yaşlı bacısı isə qardaşımla qalır. Uşağın anası işlədiyi üçün körpəni dayəyə verib. Ayda 250 manat ödəyirmiş. Həmin dayə bizim övladımızdan başqa dörd uşağa da baxır. Hadisədən sonra anası deyir ki, ötən həftə də uşağın üzündə xəsarət olub, dayə fotosunu göndərib yıxıldığını deyib. Dünən morqda baxdım ki, üzündəki həmin izlər qapqara idi. Dünən ikinci dəfə yıxılaraq başı dəyib, beyninə qan sızıb" - azyaşlının əmisi əlavə edib.

Onun sözlərinə görə, dayənin qayınanası hadisə baş verən kimi azyaşlını xəstəxanaya aparıb.

Teymur Əliyev deyib ki, dayə və ailə üzvləri yaşadıqları kirayə evi tərk ediblər, hüquq-mühafizə orqanları axtarış aparır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar