İranın müxtəlif şəhərlərində baş verən etirazlarla bağlı sosial mediada yayılan videolar ciddi narahatlıq yaradıb.
Bakupost.az xəbər verir ki. iddialara görə, Məşhəd və digər şəhərlərdə etiraz zamanı ölən şəxslərin meyitləri maşınlara yüklənərək daşınır.
Sosial mediada paylaşılan videolarda çoxsaylı cəsəd torbalarının olduğu və yaxınların onları tanımağa çalışdığı səhnələr göstərilir. İstifadəçilər videolarda polis və ya təhlükəsizlik qüvvələri ilə toqquşmaların izlənildiyini bildirirlər. 5 dəqiqəlik video sosial media istifadəçiləri tərəfindən paylaşılıb. “Reuters”, “BBC” və digər beynəlxalq media qurumları etirazlar və zorakılıq hadisələri barədə məlumat verirlər.
İranın dövlət televiziyası (IRIB) isə bu iddiaları rəsmi mənbələr vasitəsilə təsdiqləyərək torbalarının morqlara daşındığını, lakin hansı şəhərə aid olduğunun dəqiq müəyyən edilmədiyini bildirib. Hazırda İran daxilində internet və məlumat axını ciddi şəkildə məhdudlaşdırıldığı üçün hadisənin vaxtı və yeri dəqiqləşdirilməyib.
Sosial media iddialarına görə, etirazlarda ölənlərin sayı mini keçib.
Cavid, BakuPost