İranda polis polkovnik-leytenantı silahlı hücum zamanı öldürülüb.
Bakupost.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı İran Dövlət Televiziyası (IRIB) yayıb. Media yerli polis rəsmilərinə istinad edərək bildirib ki, silahlılar tərəfindən təşkil edilmiş hücum nəticəsində yüksək rütbəli polis komandiri öldürülüb.
Xorasan Rəzavi Polis Qüvvələri müavini hadisəni təsdiqləyərək bildirib ki, bir neçə saat əvvəl Məşhəddə yerləşən Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Cavad Kəşəvərz silahlı şəxslər tərəfindən hücumda öldürülüb. Rəsmi Tehran hücumun məsuliyyətini müxalif qrupların üzərinə qoyub və bu cür hücumların ölkədə təhlükəsizlik vəziyyətini ağırlaşdırdığını vurğulayıb.