Ru
11:07 / 12 Yanvar 2026

DYP-dən sürücülərə təkər şinləri ilə bağlı xəbərdarlıq etdi

DYP-dən sürücülərə təkər şinləri ilə bağlı xəbərdarlıq etdi
Eye

Təkər şinlərinin mövsümə uyğun olması mühüm şərtdir.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, payız-qış mövsümündə qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması başlıca yer tutur. Qarlı, yağışlı havalarda avtomobil idarə etmək çətin və təhlükəlidir. Lakin burada sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkərlərinin fəslə uyğun olub-olmaması, habelə şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğu həlledici rol oynayır.

"Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1.6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə 0.8 mm-dən az olduqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda nəqliyyat vasitəsinin istismarına yol verməməli, nasazlıq aradan qaldırılmalıdır.

Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir", - müraciətdə qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar