Ru
16:50 / 27 Noyabr 2025

Uşaqlar niyə bu vəhşiliyin şahidi olmalıdır? - VİDEO

Uşaqlar niyə bu vəhşiliyin şahidi olmalıdır? - VİDEO
Eye

Bakıda küçədə heyvan kəsimi narazılığa səbəb olub.

Bakupost.az xəbər verir ki, görüntüləri bloqer Saleh Nəsirov sosial media hesabında paylaşıb.

Videonu ona göndərən vətəndaş hadisənin Qaraçuxurda, Zaur Şərifov küçəsində baş verdiyini bildirib:

“Buradan uşaqlar məktəbə gedir. Müəllimənin üstü qan olub. Qaraçuxurda "Tatlı Un" kimi tanınan yerdir”, - deyə o, qeyd edib.

Hadisəyə münasibət bildirən bloqer bunun antisanitar vəziyyətə səbəb olduğunu bildirib:

“Sonra da deyirlər xəstəlik elə, xəstəlik belə. Nə qədər demək olar, həyətdə, küçədə, yolda heyvan kəsmək olmaz. Bu iş üçün xüsusi yerlər ayrılmalıdır. Uşaqlar, camaat niyə bu vəhşi, şok edici, travmatik və antisanitar mənzərənin şahidi olmalıdır?! Aidiyyəti qurumlar bu məsələni niyə hələ də həll etməyib?” – deyə Nəsirov bildirib.

Lalə Novruz, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar