Ru
18:22 / 27 Noyabr 2025

Pentaqondan “Alibaba” və “BYD” ilə bağlı diqqətçəkən İDDİA

Pentaqondan “Alibaba” və “BYD” ilə bağlı diqqətçəkən İDDİA
Eye

Pentaqon Çinin üç nəhəng şirkətinə - "Alibaba", "BYD" və “Baidu”nun Çin ordusu ilə bağlantılı olduğunu iddia edib.

Bakupost.az ABŞ mediasına istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın Çin rəhbəri Si Cinpin ilə geniş miqyaslı ticarət anlaşması barədə razılığa gəlməsindən təxminən üç həftə əvvəl Konqresə məktub göndərib.

7 oktyabr tarixli məktub Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitəsinə çatıb.

“Bloomberg News”in əldə etdiyi nüsxəyə görə, Müdafiə Nazirliyinin müavini Stefen Feinberq Konqres üzvlərini məlumatlandırıb.

Feinberq “Eoptolink Technology”, “Hua Hong Semiconductor”, “RoboSense Technology”, “WuXi AppTec” və “Zhongji Innolight” şirkətləri ilə yanaşı, ABŞ-da fəaliyyət göstərən bu üç şirkətin Çin ordusu ilə bağlı şirkətlər siyahısına əlavə olunmasını məsləhət görüb.

İllik yayımlanan və Trampın yanvarda vəzifəyə başlamasından əvvəl yenilənən siyahının son versiyasında bu şirkətlər yer almır.

Feinberq məktubunda, son məlumatlara əsasən, nazirliyin müəyyən etdiyi səkkiz müəssisənin Çin hərbi şirkətləri olduğunu qeyd edib.

Məktub, 30 oktyabrda Tramp və Sinin Cənubi Koreyada apardıqları və tariflərin azaldılması, müəyyən ixrac nəzarətlərinin dayandırılması barədə razılığa gəldikləri tədbirlər paketindən əvvəl yazılıb.

“Bloomberg”in xəbərinə görə, Pentaqon mövzu ilə bağlı şərh verməyib, “Alibaba” isə siyahıya əlavə olunmaq üçün əsas olmadığını bildirib. Açıqlamada deyilib ki, ""Alibaba" nə Çin hərbi şirkətidir, nə də hərbi strategiyanın bir hissəsidir".

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar