Ru
17:19 / 27 Noyabr 2025

“İsrail və İran arasında müharibə ehtimalı artır” – Əl-Cəzirə – VİDEO

“İsrail və İran arasında müharibə ehtimalı artır” – Əl-Cəzirə – VİDEO
Eye

Son həftələrdə İran və İsrail arasında gərginlik yeni mərhələyə keçə bilər. Münaqişənin birinci raundunun bitməsindən sonra bölgədəki siyasi, təhlükəsizlik və hərbi hərəkətlər gərginliyin artmasına səbəb olub.

Bakupost.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, analitik hesabata görə, enerji bazarlarında da münaqişə ehtimalı ilə bağlı narahatlıqlar artıb. Son həftələrdə neftin qiyməti 5-10 dollar arasında yüksəlib. Xüsusilə Fars körfəzi regionunda neftötürücü xətlərə qarşı təhdidlərin qiymətləri daha da yüksəldə biləcəyi vurğulanır.

İsrailin ABŞ-dən aldığı bahalı silahların, xüsusilə bunker məhv edən bombaların daha geniş hərbi əməliyyatlar üçün nəzərdə tutulduğu ehtimal edilir. Habelə ABŞ və İsrailin Livan və İraqda basqıları artırdığı müşahidə olunur.

Dünənsə Rusiya İran Silahlı Qüvvələrinə 20 ədəd “Spartak” markalı zirehli avtomobil göndərib.

Bundan başqa FƏRACA (İran Polis Komandanlığı) tərəfindən sərhəd bölgələrində istifadə üçün sifariş edilən MRAP – minaya davamlı zirehli avtomobillərin İrana çatdırıldığı bildirilir.

İsrail mediasının xəbərinə görə, 2 gün əvvəl ordu rəhbərliyi Hərbi Hava Qüvvələrinin İranla müharibəyə hazırlığını yoxlayıb. İsrail Hərbi Hava Qüvvələrinə məxsus 75 döyüş təyyarəsi İraq səmasında döyüş uçuşu həyata keçirib.

Qırıcıların gecə saatlarında İran-İraq sərhədi yaxınlığında, eyni zamanda, İraqın Meysan əyaləti üzərində uçduğu vurğulanıb.

Təlimdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 “KC-135 Stratotanker” tankeri də iştirak edib və onlar beynəlxalq təyyarə radarları tərəfindən aşkarlanıb.

“JFeed” xəbər saytının məlumatına görə, əməliyyat zamanı İsrail qırıcıları simulyasiya atəşi açıb. Sosial media istifadəçiləri tərəfindən Tehran üzərində təhlükəsizlik məqsədi ilə aşağı hündürlükdə uçan İran qırıcılarının görüntüləri də paylaşılıb.

İsrail Hərbi Hava Qvvələrinin 75 təyarəsinin İraq səmasında təlimindən sonra, dünən İran cəmi bir MİQ-29 təyyarəsinin görüntüsünü yayıb. Təyyarənin uçarkən qara tüstü buraxması diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri paylaşdıqları videoda “Görünür, dizel mühərrik qoyublar” şərhi böyük bəyəni toplayıb.

İran Hərbi Hava Qüvvələri həmin görüntülər barədə verdiyi açıqlamada, “MiQ-29 döyüş təyyarəsi gündəlik tapşırıqlar çərçivəsində bu gün günortadan əvvəl Tehran səmasında uçuş həyata keçirib. Bu uçuş İran ordusunun qırıcılarının ölkənin hava məkanında davamlı təhlükəsizliyi təmin etmək üçün yerinə yetirdiyi digər uçuşlar kimi adi xarakter daşıyır və gələcəkdə də belə uçuşlar həyata keçiriləcək”, – deyə vurğulanıb.

Bu arada İran İnqilabı keşikçiləri Korpusu (SEPAH) dünən yeni Hava Hücumundan Müdafiə sistemini sınaqdan keçirib. Sınaq İranın qərb sərhədində yerləşən Kirmanşah şəhərində həyata keçirilib.

Bu haqda SEPAH özünün "Telegram" kanalında məlumat yayıb.





Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar