Hindistanda nəhəng ilan işçiyə hücum edib. Uzunluğu təxminən dörd metr olan piton fəhləni yerə yıxaraq boğmağa başlayıb.
Bakupost.az Hindistan mediasına istinadən xəbər verir ki, hadisə elektrik stansiyasında işləyən yerli fəhlənin boru kəmərinin vintini açmağa getdiyi vaxt baş verib. Qəfil kolluqdan çıxan iri piton onun üstünə atılıb və sürətlə bədəninə dolanmağa başlayıb. Qəfil hücumdan qorxan qışqıraraq kömək çağırmağa başlayıb.
Həmkarları ona yalnız 20 dəqiqə sonra çata biliblər. Həmin vaxt isə o artıq gücdən düşmək üzrə idi. Bütün işçilər birlikdə iş yoldaşlarını ilanın əlindən xilas edə biliblər.
Cavid, BakuPost