Ru
14:10 / 27 Noyabr 2025

Space TV aparıcısının çəkilişdə halı pisləşdi – Xəstəxanaya yerləşdirildi

Space TV aparıcısının çəkilişdə halı pisləşdi – Xəstəxanaya yerləşdirildi
Eye

Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının verilişin çəkilişi zamanı səhhəti qəfil pisləşib və studiyada yıxılıb.

Bakupost.az xəbər verir ki, hadisə yerində dərhal çəkiliş komandası tərəfindən Təcili Tibbi Yardım briqadası çağırılıb.

Həkimlərin ilkin yardım göstərməsindən sonra Səidə Bəkirqızı təcili yardım maşını ilə "Kəpəz" Klinikasına aparılıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin pisləşməsinə səbəb hələ də müəyyən edilməyib.

Aparıcının səhhəti ilə bağlı ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, Səidə Bəkirqızı “Space TV”də yayımlanan “Xəbərin izində” verilişinin aparıcısıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar