Ru
10:23 / 27 Noyabr 2025

Ağ Evin yaxınlığında atışma – Trampın təhlükəsizlik qüvvələrinə atəş açılıb – VİDEO

Ağ Evin yaxınlığında atışma – Trampın təhlükəsizlik qüvvələrinə atəş açılıb – VİDEO
Eye

ABŞ paytaxtı Vaşinqtonda Milli Qvardiya hərbçilərinin silahlı hücuma məruz qalıb. Hadisə Ağ Evə yaxınlığında baş verdiyi üçün insident dərhal siyasi müstəviyə daşınıb və böyük rezonans doğurub.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla təxminən 14:15-də (Bakı vaxtilə 23:15) şəhərin mərkəzində. Patrul xidməti aparan iki hərbçi naməlum şəxs tərəfindən hədəf alınaraq atəşə tutulub. Hərbçilər ağır yaralanıb və xəstəxanaya çatdırılıb.

Hücumdan dərhal sonra asayiş qüvvələri şübhəli şəxsi zərərsizləşdirib. Saxlanılan şəxsin 29 yaşlı Əfqanıstan vətəndaşı Rahmanullah Lakanwal olduğu açıqlanıb. Onun ABŞ-a 2021-ci ildə humanitar proqram çərçivəsində daxil olduğu bildirilir. Təkbaşına hücum etdiyi qeyd edilir və ilkin məlumatlara görə, hadisə “hədəf götürülmüş atışma” kimi qiymətləndirilir.

ABŞ prezidenti Donald Tramp hadisəyə sərt reaksiya verib. O, sosial media platformasında paylaşdığı açıqlamada insidenti terror aktı adlandırıb və məsul şəxsin mümkün olan ən ağır cəza ilə üzləşəcəyini bəyan edib.

Daxili Təhlükəsizlik Departamentinin rəhbərliyi də hücumu kəskin pisləyərək, əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini açıqlayıb. Müdafiə naziri paytaxtda 500 nəfərlik əlavə Milli Qvardiya qüvvəsinin yerləşdirilməsi barədə göstəriş verib.

Hücum bir çox suallar yaradıb və FTB bununla bağlı araşdırmalara başlayıb.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar