Ru
10:49 / 27 Noyabr 2025

Cəlilabadda zibil qalaqlanır – Məişət tullantıları aylardır daşınmır – VİDEO

Cəlilabadda zibil qalaqlanır – Məişət tullantıları aylardır daşınmır – VİDEO
Eye

Məişət tullantılarının atıldığı ərazi aylardır təmizlənmir...

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonu Alar kəndinin sakinləri deyirlər ki, zibillərin atıldığı bu ərazi aylardır təmizlənmədiyindən xoşagəlməz mənzərə yaranıb. Zibillərin iyi, antisanitar vəziyyət yaxınlıqda yaşayan sakinləri narahat edir.

Sakinlər bildirir ki, yağıntılar zamanı İncəçay bu ərazidən axır. Hazırda isə axıntı yoxdur. Əgər çayın suyu gələrsə, zibilləri ətrafa yayacaq.

Problemlə bağlı Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirildi ki, dəfələrlə sakinlərə sözügedən əraziyə tullantılarının atılmaması ilə əlaqədar xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Buna baxmayaraq, ötən aylar ərzində ərazinin məişət tullantıları daşınıb. Amma, sakinlər yenidən ərazini çirkləndiriblər. Ərazinin yenidən təmizlənməsi üçün tədbirlər görüləcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar