Ru
11:03 / 27 Noyabr 2025

Əxlaqsız paylaşımlar edən "Eliş" yenidən həbs edildi - FOTO

Əxlaqsız paylaşımlar edən "Eliş" yenidən həbs edildi - FOTO
Eye

“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakupost.az xəbər verir ki, həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib.

E.Nəbiyev saxlanılarkən ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Nəbiyev oktyabr ayında da oxşar əməllərə görə həbs edilmişdi.

Əxlaqsız paylaşımlar edən "Eliş" yenidən həbs edildi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar