Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
Bakupost.az AYNA-ya istinadən xəbər verir ki, “Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.