Ru
10:44 / 27 Noyabr 2025

Elektrikli skuterlərlə bağlı təklif – 18 yaşdan yuxarı olsun – VİDEO

Elektrikli skuterlərlə bağlı təklif – 18 yaşdan yuxarı olsun – VİDEO
Eye

Biri skuteri idarə edir, digəri isə belində məktəbli çantası ilə onu qucaqlayıb.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər vətəndaşların narahatlığına səbəb olub. Bildirilib ki, iki azyaşlının stukeri nəqliyyat axınının sıx olduğu ərazidə sürməsi hər an bədbəxt hadisəyə səbəb ola bilər.

Sürücülər də deyirlər ki, paytaxt yollarında belə hallara tez tez rast gəlirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, bu cür halların qarşısını almaq məqsədilə mütəmadi tədbirlər görülür.

İdarədən qeyd edildi ki, valideynlər də diqqətli olmalı və icazə verilməyən yerlərdə azyaşlıların stuker idarə etməsinə şərait yaratmamalıdırlar.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar