Ru
08:44 / 27 Noyabr 2025

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq...

Sürücülərin NƏZƏRİNƏ: Etibarnamələr ləğv olunacaq...
Eye

Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır.

Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur:

“Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”.

Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb:

“İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar