Goranboy rayonunda istifadəyə yararsız vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
Bakupost.az xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.
Bildirilir ki, binanın həmin hissəsi qəfil dağılaraq uçub. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə dərhal Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub.