Ru
22:32 / 26 Noyabr 2025

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər
Eye

Batumidə və Tiflisdə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

Bakupost.az xəbər verir ki, bu barədə yük avtomobillərindən birinin sürücüsü Aslan Kərimov deyib.

O qeyd edib ki, artıq praktiki proseslər başlayıb:

“Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tiflis terminallarında vəziyyət normallaşmağa başlayıb".

Onun sözlərinə görə, bu, təkcə tütün yükləri deyil, ərazidə gözləyən digər yük maşınları da buraxılışa hazırlanır:

"Artıq proses başlayıb. Təkcə tütün deyil, digər bütün yük maşınlarını da buraxılışa hazırlaşdırırlar. Görünür, artıq məsələ yoluna qoyulur. Avtomaşınlara vurulan möhürlər açılıb və sabah səhərdən avtomobillər yola düşəcəklər".

Həm Azərbaycanın bu ölkədəki səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar