Azərbaycanda sərhəddi keçən hər kəs turist kimi sayılır, bu heç, amma statistikaya elə yanaşsaq da, quru sərhədlərin bağlı olması turizm sektoruna nə qədər ziyan vurduğunu rəsmi rəqəmlər açıq çəkildə göstərir.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, quru sərhədlərin açıq olduğu son ildə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682 min 400 nəfər turist gəlmişdi:
“2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171 min 600 nəfər turist gəlib. Yəni 2019-cu il ilə müqaisədə 2025-ci ilin eyni dövründə ölkəyə 510 min 800 nəfər az turist gəlib.
Hər turistin ölkədə, ortalama, 400-500 dollar xərclədiyini nəzərə alsaq, 2019-cu ilin ilk 10 ayına nisbətən bu il eyni dövrdə ölkə iqtisadiyyatına 250 mln. dollara yaxın az vəsait daxil olub”.
Asena,
BakuPost