Honkonqun Tay Po rayonunda baş verən güclü yanğın zamanı külək alovun geniş yayılmasına səbəb olub.
Bakupost.az xəbər verir ki, nəticədə yanğın kompleksin səkkiz binasından yeddisinə keçib.
Bildirilir ki, güclü yanğın binaların fasadına quraşdırılmış bambuk konstruksiyalara görə sürətlə yayılıb.
Videolarda da yanan bambuk hissələrin alışıb yerə töküldüyü əks olunur.
Qeyd edək ki, Honkonq bambuk çərçivələrin tikintidə geniş istifadə olunduğu azsaylı yerlərdən biridir.
Təhlükəsizlik səbəbindən hökumət bu ilin mart ayında bu praktikadan tədricən imtina etmək qərarı verib.
Yeni qərara əsasən, ictimai tikinti işlərinin azı 50%-də bambuk əvəzinə metal konstruksiyalardan istifadə olunması tələb ediləcək.