Ru
11:04 / 27 Noyabr 2025

Şər, nifrət və terror aktı... - Tramp xalqa müraciət etdi + VİDEO

Şər, nifrət və terror aktı... - Tramp xalqa müraciət etdi + VİDEO
Eye

ABŞ prezidenti Donald Tramp ölkənin milli qvardiyaçılara hücumu “şər, nifrət və terror aktı” adlandırıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

Bu arada Ağ Ev yaxınlığında baş vermiş silahlı insidentlə bağlı yeni detallar açıqlanıb.

The New York Timesın məlumatına görə, atışmada əsas şübhəli bilinən 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmənullah Laqanvaldır. O, 2021-ci ildə Bayden administrasiyasının “Müttəfiqlərin qarşılanması” proqramı çərçivəsində gəlib. Proqram ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra əfqanların ABŞ-yə girişinə icazə verirdi.

Federal Təhqiqatlar Bürosu insidenti mümkün beynəlxalq terror aktı kimi araşdırır.

Tramp Bayden dövründə ABŞ sərhədini keçmiş bütün əfqan vətəndaşlarının yenidən yoxlanılmasını tələb edib.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti Əfqanıstandan Birləşmiş Ştatlara giriş üçün müraciətlərin dayandırıldığını açıqlayıb.

ABŞ hakimiyyəti Vaşinqtona əlavə olaraq Milli Qvardiyanın 500 əsgərini göndərir.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar