Ru
12:40 / 27 Noyabr 2025

Honq-Konqda 5 min insanın yaşadığı kompleksdə fəlakət – 44 ölü, 279 itkin

Honq-Konqda 5 min insanın yaşadığı kompleksdə fəlakət – 44 ölü, 279 itkin
Eye

Çinin Honq-Konq şəhərində yerləşən 5 min nəfərin yaşadığı yaşayış kompleksində dünən günorta saatlarında baş verən yanğın nəticəsində 44 nəfər ölüb, 279 nəfərdən isə hələ xəbər yoxdur.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 8 bloklu bu kompleksdəki 2 min mənzildə 4 min 600-dən çox sakin yaşayırdı.

Yerli yanğın xidməti bildirib ki, hadisə zamanı ölümlərin arasında bir yanğınsöndürən də var. Yaralanaraq xəstəxanaya çatdırılan 45 nəfərin vəziyyəti ağır olaraq qalır.

Yanğın hələ də tam nəzarət altına alınmayıb. 26 yanğınsöndürmə briqadası əməliyyatları davam etdirir.

Yanğınsöndürənlər gecə boyunca üst mərtəbələrdə sıxışan sakinləri xilas etməyə çalışıb, lakin bəzi yerlərə qalxmaq çətin olub. Rəsmi məlumatlara görə, bu gün səhərə qədər dörd blokdakı yanğın nəzarət altına alınıb, üç blokda isə əməliyyatlar davam edir.

Yanğına güclənməsinə səbəb binaların fasad təmiri üçün quraşdırılmış bambuk konstruksiya olub.

Polis yanğınla bağlı inşaat şirkətinin iki rəhbər şəxsi və bir məsləhətçi mühəndis daxil olmaqla üç nəfəri saxlayıb. Onlar səhlənkarlıqdan adam öldürməkdə günahlandırılır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar