Ru
12:24 / 02 Aprel 2026

Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması

Müctəba Xamenei ilə bağlı SON DƏQİQƏ açıqlaması
Eye

İran Xarici İşlər Nazirliyi ölkənin Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsində xəsarət alması barədə yayılan iddiaları təkzib edib.

Bakupost.az xəbər verir ki, rəsmi Tehran Müctəba Xameneinin hücumlar zamanı heç bir zərər görmədiyini bildirib.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, Xameneinin bir müddətdir ictimaiyyət qarşısına çıxmaması müharibə şəraiti üçün tamamilə normal bir haldır və burada qeyri-adi heç nə yoxdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mövzu ilə bağlı xüsusi vurğulayıb ki, Müctəba Xameneinin səhhəti "tamamilə yerindədir" və o, hazırda sağ-salamatdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar