Ru
13:57 / 02 Aprel 2026

Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı - TƏFƏRRÜAT

Sevdiyi qızdan ayrılan oğlan ata-anasını bıçaqladı -  TƏFƏRRÜAT
Eye

Paytaxtın Biləcəri qəsəbəsi, 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.


Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, aprelin 2-si gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov, 55 yaşlı Xaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir.


C.Hüseynovun atasına 22, anasına 9 bıçaq vurduğu iddia olunur. Bildirilir ki, ana-ata yatmış vəziyyətdə olublar.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. Qohumların verdiyi məlumata görə, sevdiyi qızla münasibəti pozulan C.Hüseynovda psixoloji problemlər yaranıb. O, evin tək övladı olub.


Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır.


Əraziyə prokurorluq əməkdaşları cəlb ediliblər.

***

10:03

Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar