Arvadı tərəfindən pis rəftara məruz qalan Makrona zəng etdim.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp fransalı həmkarı Emmanuel Makronu lağa qoyaraq, NATO müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmadıqlarına görə sərt tənqid edib:
“O, çənəsinə dəyən zərbədən sonra hələ də özünə gələ bilmir. Dedim ki, Emmanuel, pis insanları və ballistik raketləri məhv etməkdə rekord qırsaq da, Fars körfəzində kömək almağa çox şad olardıq. Yardım almaqdan çox məmnun olardıq. Mümkünsə, dərhal gəmilər göndərə bilərsinizmi?”.
Daha sonra Tramp fransız aksentini təqlid edərək Makronun ona cavabını açıqlayıb:
“Xeyr, xeyr, xeyr, biz bunu edə bilmərik, Donald. Müharibədə qalib gəldikdən sonra bunu edə biləcəyik”. Ona dedim: “Xeyr, xeyr, müharibəni qazandıqdan sonra Emmanuelə ehtiyacım yoxdur”.
Qeyd edək ki, ABŞ prezidenti 2025-ci ilin may ayında yayımlanan və Vyetnama səfəri zamanı Bricit Makronun Fransa prezidentinin üzünə yumruq vurduğunu göstərən videoya işarə edib.