Ru
11:16 / 02 Aprel 2026

9 uşaq atasının 6 övladı dəm qazından zəhərləndi – Sumqayıtda FACİƏ + VİDEO

9 uşaq atasının 6 övladı dəm qazından zəhərləndi –  Sumqayıtda FACİƏ + VİDEO
Eye

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (Nasosnu) 9 uşaq atası olan Cəbrayılov Kamil Balahüseyn oğlunun 6 övladı dəm qazından zəhərlənib.

Bakupost.az xəbər verir ki, hadisə dünən saat 05:00 radələrində baş verib.

Kamil Cəbrayılov saytımıza açıqlamasında bildirdi ki, övladlarını qonşular xilas edib:

“Kuryer işləyirəm. Qonşu mənə zəng etdi ki, uşaqların vəziyyəti ağırdır.

Böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri girmək mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq onları çıxarıblar".

Uşaqlar təcili tibbi yardım vasitəsilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda 2 uşaq reanimasiya şöbəsindədir, digər 4-nün vəziyyətinin isə nisbətən stabil olduğu bildirilir.


Lalə, BakuPost






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar