Ru
16:08 / 27 Noyabr 2025

Argentina xəfiyyələrinin Bakıya gizli uçuşu - Korrupsiya qalmaqalı

Argentina xəfiyyələrinin Bakıya gizli uçuşu - Korrupsiya qalmaqalı
Eye

Argentinda bu ölkənin Kəşfiyyat Xidmətinin (SIDE) bir neçə vəzifəlisinin dövlət vəsaitlərindən qanunsuz istifadə edərək Mərkəzi Asiyaya rəsmi səfər zamanı icazəsiz şəkildə Azərbaycan paytaxtı Bakıya gəlmələri ilə bağlı qalmaqal yaranıb. İddiaya görə, həmin səfər Argentinaya 20 milyon peso (23,4 min manat) əlavə vəsaitə başa gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Encuentro Federal” partiyasının millət vəkili Esteban Paulon açıqlayıb. O, “750” radiosuna bildirib ki, Milli Kəşfiyyat üzrə İki Palatalı Komissiya məsələnin araşdırılmasına başlayıb.

Paulon deyib ki, parlament üzvlərinə daxil olan ilkin məlumatlar şübhə doğurub: “SİDE rəsmilərinin Mərkəzi Asiyaya səfəri Bakıda “Formula 1” yarışının keçirildiyi tarixlə üst-üstə düşüb. Həmin vaxt Bakıda Kolapinto (Argentinalı pilot) yarışırdı”.

Millət vəkilinin sözlərinə görə, SIDE-nin sədr müavini Xose Laqo Rodriges səfər zamanı məhz bu yarışa görə şübhəli enişi edib:

“Söhbət bu səfərlə bağlı 20 milyon peso artıq vəsait xərclənməsindən gedir. Dövlət vəsaiti hesabına Kolapintonun yarışını izləmək üçün turist səfəri təşkil olunubsa, SİDE buna görə izahat verməlidir”.

Paulon xatırladıb ki, məsələ gizli xərclər kateqoriyasına aid olduğundan məlumatlar ictimaiyyət üçün açıq deyil. Buna görə də nəzarət səlahiyyəti yalnız Kəşfiyyat üzrə İki Palatalı Komissiyaya məxsusdur.



“Biz komissiyanı məlumatlandırdıq. Onların SİDE-dən hesabat tələb etmək səlahiyyəti var. Hazırda SİDE-nin cavabını gözləyirik. Məhkəmədə iş açılıb-açılmayacağı bundan asılı olacaq”, – deyə deputat vurğulayıb.

O, səfər marşrutundakı uyğunsuzluqlara da diqqət çəkib: “Asiyaya uçuşlar adətən, Avropa və ya Türkiyə üzərindən həyata keçirilir. Bakıya kommersiya reysi yoxdur. Azərbaycan istiqaməti xüsusi olaraq seçilən yoldur”.

Paulon ehtimal edir ki, ilkin uçuş bəlkə də Türkiyəyə olub, lakin Bakıda dayanmaq üçün heç bir əsas görünmür.

Deputat sosial şəbəkələrdə yayılan bir fotonu da araşdırdıqlarını bildirib: “Şəkil dəqiq deyil, lakin tribunada görünən şəxsin bəzi cizgiləri həmin rəsminin görünüşü ilə üst-üstə düşür”.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar