Ru
19:36 / 27 Noyabr 2025

AP Ukrayna ilə bağlı yeni qətnamə qəbul etdi

AP Ukrayna ilə bağlı yeni qətnamə qəbul etdi
Eye

Bu gün Avropa Parlamenti Ukrayna üzrə qətnamə qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Evropeyskaya Pravda" məlumat yayıb.

Qətnamə “gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini” tələb edir.

Qətnamədə qeyd olunur ki, hər bir sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünü müdafiə etmək imkanına xələl gətirməməli, həmçinin Ukraynanın öz siyasi və təhlükəsizlik ittifaqlarını Rusiyanın hər hansı veto tələbi olmadan sərbəst müəyyən etmək hüququnu təmin etməlidir.

Sənəddə bildirilib ki, davamlı sülh razılaşmasından əvvəl tam atəşkəs təmin olunmalıdır və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri Aİ tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq.

Avropa Parlamenti üzv dövlətləri dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” mexanizmini tez bir zamanda qəbul etməyə çağırıb.

Qətnaməyə əsasən, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna ilə sülh sazişi tam şəkildə razılaşdırıldıqdan və icra olunduqdan sonra aradan qaldırıla bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar