Almaniyanın Freyburq şəhərində fəaliyyət göstərən bir cənazə xidməti işçisi kremasiya üçün hazırlanan ölülərin qızıl dişini çıxarması, zərgərlik əşyalarını və saatlarını oğurlaması iddiası ilə məhkəməyə verilib.
Bakupost.az alman mediasına istinadən xəbər verir ki, prokurorluğun apardığı araşdırmalara görə, məzarlıq idarəsində işləyən işçi 2019–2024-cü illər arasında kremasiya üçün hazırlanan ən az 250 cəsəddən 8 kiloqramdan çox qızıl diş çıxardığı iddia olunur. Araşdırmaya görə, yalnız dişlər deyil, ölülərin yanında olan zərgərlik əşyaları, saatlar və digər qiymətli əşyalar də götürülüb.
Prokurorluğun məlumatına görə, çalınan qiymətli əşyaların satışı nəticəsində təxminən 250 min avro gəlir əldə edildiyi düşünülür. Şəxsə ölüyə hörmətsizlik, vəzifəsindən sui-istifadə, oğurluq, çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb:
İddiada şübhəliyə həyat yoldaşı və bir zərgərlik mağazası sahibinin də cinayətləri törətməkdə kömək etdiyi qeyd olunur.
Cavid, BakuPost