Ru
21:59 / 07 Sentyabr 2020

3-cü mərtəbədən yıxılan şagirdlə bağlı açıqlama - FOTOLAR

3-cü mərtəbədən yıxılan şagirdlə bağlı açıqlama -  FOTOLAR
Eye

7 sentyabr 2020-ci il tarixində Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin IX sinif şagirdi Solmaz Hacıyeva 3-cü mərtəbədən yıxılaraq xəsarət alıb. Məktəbli müxtəlif bədən xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə "BakuPost"a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Təhsil nazirinin müşaviri Rüstəm Ağayev S.Hacıyevaya xəstəxanada baş çəkib, məktəblinin valideynləri ilə görüşüb və müalicənin gedişi ilə maraqlanıb.

Eyni zamanda, nazirliyin səlahiyyətli şəxsləri hadisənin baş verdiyi məktəbin ərazisinə gedib və məktəb rəhbərliyi, eləcə də hadisənin şahidləri ilə görüşüblər. Baş vermis hadisə aidiyyəti qurumlar tərəfindən araşdırılır.

"​Bir daha bildiririk ki, Təhsil Nazirliyi olaraq Solmazın və onun ailəsinin yanındayıq. Hazırda ən vacib məsələ Solmazın sağlamlığıdır. Təhsil Nazirliyi hadisənin təfərrüatlarının araşdırılmasını diqqətdə saxlayır və ictimaiyyəti bu araşdırmanın nəticələri barədə məlumatlandıracaq", - deyə qeyd olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar