Ru
14:18 / 22 Sentyabr 2026

Bakıda vəziyyət belədir: uzun tıxaclar, dolub-daşan avtobuslar – VİDEO

Bakıda vəziyyət belədir: uzun tıxaclar,  dolub-daşan avtobuslar – VİDEO
Eye

Metroda aparılan yenilənmə işləri, ictimai nəqliyyata düşən əlavə yük və bəzi yolların bağlanması paytaxtda nəqliyyat sıxlığını daha da artırıb.

“Bakupost” xəbər verir ki, gün ərzində Bakının bir sıra küçə və prospektlərində uzun tıxaclar yaranıb. Tıxaclar avtobusların hərəkətinə də təsir edib və bəzi marşrutlarda gecikmələr qeydə alınıb.

İnsanlar dayanacaqlarda uzun müddət avtobus gözləyirlər. Gələn avtobusları isə həddindən artıq dolu olur. Buna görə də mənzil başına gedə bilmirlər.

Bakıda yaranan mənzərə sakinlərin çəkdiyi videolarda da öz əksini tapır.

Vətəndaşlar həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq aidiyyəti qurumların problemin həlli üçün tədbir görməsini istəyirlər.

“Bakupost” paytaxtdakı tıxac və avtobus sıxlığını əks etdirən görüntüləri təqdim edir:

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar