Ru
11:51 / 28 Aprel 2026

Bağça müəllimi bıçağı qızdırıb, 3 yaşlı uşağın əlinə basıb? - VİDEO

Bağça müəllimi bıçağı qızdırıb, 3 yaşlı uşağın əlinə basıb? - VİDEO
Eye

Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə - barmağına toxundurduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.

“Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim”, - valideyn deyib.

A.Adıgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı körpələr evi - uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib: “Gördüm ki, əlində yara izi var. Uşaqdan soruşduğum zaman dedi ki, “bağçada bibi yandırıb”. Övladım bildirdi ki, “pampers”ini təmizləməsini istədiyi üçün müəllim onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar