Ru
21:21 / 16 Mart 2026

38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

38 yaşlı qadın iynə vurulduqdan sonra öldü
Eye

Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.

Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.

Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar