Bu gün Moskva vilayətinin Krasnoqorsk şəhər Məhkəməsi məşhur Crocus City Hall-ın mühafizəçisi Aleksandr Korotkiyin aldığı xəsarətə görə müğənni Filip Kirkorova qarşı 2,3 milyon rubl mənəvi təzminat tələbini rədd edib.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Ani Lorakın Crocus City Hall-dakı konsertindən sonra Kirkorov mühafizəçini səhnədən itələyərək onun ayaq biləyini burxub. Bu əsasda iddia edilir ki, Pop Kralı yüngül bədən xəsarəti yetirdiyinə görə dörd aya qədər həbs cəzası ilə üzləşə bilər.
Zərərçəkmiş Kirkorova qarşı hadisədən iki il sonra - 2025-ci ilin oktyabrında iddia ilə çıxış edib.
Rüfət Sultan,
BakuPost